Tez-tez Verilən Suallar

Sifarişləriniz ilə əlaqədar suallar

  • Sifarişlərin birləşdirilməsi

    Sifarişlərin birləşdirilməsi

    VipBrands, hər gün yenilənən kampaniyaları ilə dəyərli üzvlərimizə minlərlə məhsul növləri təqdim edir.VipBrands-də müxtəlif məhsulları, tək çatdırılma pulu ödənilməsi ilə tək səbətdə birləşdirə bilərsiniz. Səbətinizdəki fərqli kampaniyalara aid məhsulların göndərilməsi, hər kampaniyanın bitmə tarixindən sonrakı həftə içində başlanmaqdadır.Məhsullarınız saytımızdaki qeyd etdiyiniz çatdırılma ünvanına göndərilir.Sifarişinizə aid ətraflı göndərilmə məlumatları tərəfinizə e-poçt vasitəsilə çatdırılmaqdadır.
  • Sifarişimə fərqli kampaniyadan məhsul əlavə edə bilərmiyim?

    Sifarişimə fərqli kampaniyadan məhsul əlavə edə bilərmiyim?

    VipBrands-ın Sizə, dəyərli üzvlərimizə təqdim etdiyi fürsətlərdən biri də,məhsulların tək səbətdə birləşdirilməsidir.Fərqli kampaniyalarda seçdiyiniz məhsulları tək səbətdə toplayıb, yalnız tək çatdırılma pulu ödəyərək alış-verişinizi tamamlaya bilərsiniz. Səbətinizdəkı məhsulların kampaniya bitmə tarixləri fərqlilik göstərəcəyindən göndərmələri də ayrı-ayrı keçiriləcəkdir.Məhsulların göndərilməsi, kampaniya bitmə tarixindən sonrakı bir həftə içində baş vuracaqdır. Göndərilməsi ilə əlaqədar məlumat e-poçt vasitəsilə bildirilir.
  • Sifariş etdiyim məhsulun kampaniyası sona gəlmədi isə dəyişdirə bilərəm?

    Sifariş etdiyim məhsulun kampaniyası sona gəlmədi isə dəyişdirə bilərəm?

    Hələ kampaniya müddəti bitməmiş isə, daha əvvəl verdiyiniz sifarişə məhsul əlavə etmək və ya satın aldığınız məhsulu dəyişdirmək üçün Bizə Yazın qismindəki telefon nömrəmizdən və ya destek@vipbrands.com ünvanından sifarişinizi ləğv etmək istədiyinizi bizə bildirə bilərsiniz. Eyni səbətdəki bütün məhsullarınızı yenidən sifariş etmək və ya yeni məhsul almaq üçün yeni bir sifariş verməlisiniz.

    Kampaniya müddəti bitmiş bir məhsul üçün istədiyiniz dəyişikliyi edə bilməzsiniz.

    Sifariş ləğv əməliyyatı, müştərilərimizin istəyi üzərinə həyata keçirilir.
    İlk verdiyiniz sifarişin məbləği kredit kartınıza 10 iş günü ərzində qaytarılacaq. Ancaq bu əməliyyatınız həyata keçirilənə qədər kart limitiniz ləğv edilən alış-veriş məbləği qədər azalacaq.
  • Hansı çatdırılma şirkəti ilə çatdırılma edilir?

    Hansı çatdırılma şirkəti ilə çatdırılma edilir?

    VipBrands.com özünə aid xüsusi çatdırılma şirkəti vasitəsi ilə sifarişlərinizi ən sürətli şəkildə qapınıza gətirir.
    Göstərilən ünvanda olmadığınızda, sifarişinizi necə təslim ala biləcəyinizi bildirən bir qeyd buraxın. Üç gün ərzində paketiniz təslım almadığınız halda paketiniz bizə qaytarılır və sifarişiniz ləğv olunur.

    Xahiş edirik, əldə etdiyiniz məhsulu yoxlayın. Əgər məhsulunuz zərər görmüş isə, məhsulunuzu təslim almadan bir PROTOKOL tutturularaq kuryerə geri qaytarmanızı xahiş edirik.

    Protokol tutturmadığınız halda məhsul qüsurlu olduğuna görə VipBrands Sizə pulunuzu qaytarmaz.
  • Satın aldığım malı tez göndərə bilərsinizmi?

    Satın aldığım malı tez göndərə bilərsinizmi?

    Məhsul daşınması kampaniya bitdikdən sonrakı bir həftə içində həyata keçirilir. Bu vəziyyətdə mal/mallarınız, alış-veriş etdikdən dərhal sonra deyil, kampaniya bitdikdən sonrakı bir həftə içində çatdırılma şirkətinə təslim edilir.
  • Göndərmə xərcləri və çatdırılma

    Göndərmə xərcləri və çatdırılma

    VipBrands, hər sifarişiniz üçün cəmi 8 AZN əməliyyat və çatdırılma xərci alır. 49 AZN və yuxarı alış-verişlərinizdə çatdırılma PULSUZDUR. Kampaniya bitdikdən sonra, bir həftə içərisində sifarişlər göstərdiyiniz ünvana təslim edilir.
  • Hədiyyə çeklərindən istifadə

    Hədiyyə çeklərindən istifadə

    VipBrands üzvləri sahib olduqları hədiyyə çekləriylə alış-verişlərini daha avantajlı hala gətirir!
    Hədiyyə çeklərinizdən, sifarişinizin son addımında istifadə edə bilərsiniz. Çekinizin məbləği cəmi ödəyəcəyiniz məbləğindən avtomatik çıxılacaq. Hər sifarişdə yalnız bir hədiyyə çekindən istifadə edilə bilər.

    Alış-verişinizin məbləği istifadə etdiyiniz hədiyyə çekinin miqdarından daha yüksək olmalıdır. Xahiş edirik ki, hədiyyə çeklərinin son istifadə tarixlərini yoxlayın. Son istifadə tarixi keçən çeklər sistem tərəfindən silinəcək. Hədiyyə çekləriniz haqqında məlumat almaq üçün Hesabım / Hədiyyə Çeklərim düyməsinə tıklayın.

VipBrands Haqqında

  • VipBrands Nədir?

    VipBrands Nədir?

    VipBrands, Azərbaycandakı həqiqi mənada ilk və ən böyük Private Shopping (Şəxsə Məxsus Alış-veriş Klubu) web saytıdır. Şəxsə məxsus Alış-veriş Saytı (Private Shopping), sadəcə öz üzvlərinə xüsusi üstünlüklərin təqdim edildiyi qapalı dövriyyəli bir alış-veriş sistemidir. Prestijli brendlərə aid xüsusi kampaniyaların məhdud miqdarda və 3-4 gün müddətlə satışa çıxarılır.

    VipBrands xüsusi alış-veriş klubu; geyimdən dekorasiyaya, aksessuardan kosmetikaya, elektronik əşyadan oyuncağa, tekstildən ev alətlərinə qədər bir-birindən fərqli bir çox sayda əşya qrupunu tərkibində birləşdirir. Prestijli brendlərin müəyyən məhsulları vitrininə qoyulur və yalnız klub üzvlərinə xüsusi avantajlarla təqdim edir. VipBrands-də hər bir məhsul mütləq sürətdə bazar qiymətlərindən dah sərfəli qiymətə satışa təqdim edilir.

    Bu alış-veriş zövgünü yaşamaq və bu elit kluba daxil olmaq istəyənlər ya sayta bir klub üzvü tərəfindən dəvət edilir, ya da VipBrands-də qeydiyyatdan keçir. Üstəlik hər hansı bir üzvlük ödənişi də yoxdur. Eyni zamanda, VipBrands-dəkı hər məhsul endirimi ilə qazandırır.

    Dünya brendlərinin cəlbedici məhsulları, xüsusi üstünlükləri, 80%-ə çatan endirimləri ya da fərqli kampaniyalarıyla əlaqədar e-bülten ilə məlumatlandırılan üzvlər, davamlı təşkil edilən kampaniyalar və fürsətlərlə tanış olur . Beləliklə, VipBrands-da baş verən hər yenilik ilk Sizə çatır!
  • Private Shopping nədir ?

    Private Shopping nədir ?

    Dünyada son dərəcə məşhur olan 'Private Shopping - Şəxsə məxsus Alış-veriş' anlayışı, yalnız üzvlərin kampaniyalardan istifadə edə biləcəkləri bağlı dövrə alış–veriş sisteminə verilən addır. Məhdud sayda seçmə məhsullar, üzvlərə 80% ə çatan endirimlərlə 2 ilə 5 gün arasında dəyişən müddətlərdə satışa təqdim edilir.

    Azərbaycanın ilk və tək 'Private Shopping' nəhəngi VipBrands, hər kəsə xüsusi alış–veriş konsepsiyasını tanıtmağa və sevdirməyə davam edir.

    VipBrands'a üzv olmaq üçün yalnız üzv bir dostunuzun Sizə göndərdiyi üzvlük dəvətini qəbul etmək. İstifadəçi olduqdan sonra, siz də sevdiklərinizi bu alış–veriş zövgünə ortaq edə bilərsiniz, onların ilk alış–verişindən 5 AZN hədiyyə çeki qazana bilərsiniz.

Satış kampaniyaları ilə əlaqədar suallar

  • VipBrands-da Sizi nələr gözləyir?

    VipBrands-da Sizi nələr gözləyir?

    Hər gün yenilənən kampaniyalarıyla seçmə markaların məhsullarını 80%ə qədər endirimlərlə satışa təqdim edən VipBrands-də Siz, dəyərli üzvlərimizin istifadə edə biləcəkləri güzəştlər xaricində, hədiyyə çekləri və VipPara fürsətləridə var! Azərbaycanın ilə və tək Private Shopping platforması VipBrands-də Sizə xüsusi alış–veriş fürsətlərini qaçırmayın!
  • VipBrands-dən necə alış–veriş edə bilərəm?

    VipBrands-dən necə alış–veriş edə bilərəm?

    VipBrands istifadəçisizsə, VipBrands.com ünvanından saytımıza daxil olaraq ana səhifədə bütün kampaniyaları görə bilərsiniz. Maraqlandığınız kampaniyaya basdığınız zaman ya da üstdə olan kateqoriyalardan görmək istədiyiniz markanı seçdiyiniz zaman məhsullara yönləndiriləcəksiniz.

    Almaq istədiyiniz məhsulu SƏBƏTƏ ƏLAVƏ EDİN düyməsinə basaraq səbətinizə əlavə edib satın almaq etapını başlaya bilərsiniz və ya Alış–verişə Davam et düyməsi ilə eyni kampaniyaya dönərək alış–verişinizə davam edə bilərsiniz.
  • Satış kampaniyalarından necə xəbərdar ola bilərəm?

    Satış kampaniyalarından necə xəbərdar ola bilərəm?

    VipBrands-də alış–veriş bütün sürətiylə davam edir!

    Ana səhifədə gördüyünüz və hər gün yenilənən kampaniyaları, elektron poçt qutunuza ötürülən e-poçtlar vasitəsilə təqib edə bilərsiniz.

    VipBrands-ı ictimai mediadan Facebook və Twitterdə izləyə bilərsiniz.

    Sosial Mediada VipBrands
  • VipBrands-da alış–verişin bu qədər əlverişli olmağının səbəbi nədir ?

    VipBrands-da alış–verişin bu qədər əlverişli olmağının səbəbi nədir ?

    Markalarla reallaşdırdığımız xüsusi razılaşmalar sayəsində xüsusi kolleksiyaları və mövsüm məhsullarını uyğun qiymətlərlə dəyərli üzvlərimizin nəzərinə çatdırırıq .
  • VipBrands-də alış-veriş edərkən diqqət yetirilməsi lazım olanlar

    VipBrands-də alış-veriş edərkən diqqət yetirilməsi lazım olanlar

    Bütün satış kampaniyaları müəyyən müddət və miqdarlarla məhdud olduğu üçün bəyəndiyiniz məhsulu satın almaq mövzusunda gecikməyin! Sifarişlərinizi çatdırılması, kampaniya bitdikdən sonrakı bir həftə içində həyata keçirilir.

    Sizə çatdırılan məhsul / məhsulları qaytara bilərsiniz, ancaq məhsullar satın alındıqdan sonra başqa rəng, ölçü ya da nömrəylə dəyişdirilə bilməz. Geri vermək əməliyyatları tamamlandıqdan sonra məhsulun məbləği ünvanınıza 10 iş günü ərzində qaytarılacaq. Geri qaytarmalar ilə əlaqədar digər detalları öyrənmək üçün Ləğv və Geri Qaytarmalar hissəsinə baxın.
  • Kampaniyalar neçə gün davam edir?

    Kampaniyalar neçə gün davam edir?

    Kampaniyalarımız ümumiyyətlə 3 ilə 5 gün arasında bitir. Məhsullarımız depoda məhdud olduğu üçün bitən məhsulun təkrar satışı olmur. Bəyəndiyiniz, qaçırdığınız və təkrar görmək istədiyiniz kampaniyaları satis@vipbrands.com ünvanına bildirə bilərsiniz.
  • Səbətimə əlavə etdiyim məhsulun gözləmə müddəti varmı?

    Səbətimə əlavə etdiyim məhsulun gözləmə müddəti varmı?

    Hər istifadəçimizin vipBrands fürsətlərindən eyni dərəcədə faydalana bilməsi üçün səbətlərində məhsul qalması müddətləri məhduddur. Məhsulların səbətinizdə qalmaq müddəti təxminən 30 dəqiqədir. Səbətinizdə gözləyən məhsullar, bu müddət bitəndə boşalacaq.
  • Almaq istədiyim məhsul qurtarmış. Bitən məhsulun təkrar satışa çıxmaq ehtimalı varmı?

    Almaq istədiyim məhsul qurtarmış. Bitən məhsulun təkrar satışa çıxmaq ehtimalı varmı?

    Kampaniyalarımızın məqsədi, keyfiyyətli markaları əlverişli qiymətlərə Sizə təqdim etməkdir. Ehtiyatımız tədarükçü firmalarımızın bizə verdiyi məhsul miqdarları ilə məhdud. Bu səbəblə marka məhsullar tez bitə bilər.

    Əgər bəyəndiyiniz məhsul bitdi isə, artıq onu satın almanız mümkün olmayacaq. Ancaq ölçü üstündə Başqa bir üzvün səbətində cümləni görsəniz, bir az gözlədikdən sonra (maksimum 15 dəqiqə), istifadəçimiz imtina təqdirdə eyni məhsulu öz səbətinizə əlavə edə bilərsiniz. Saytınızı məhsulun son vəziyyətini görmək üçün Yenilə - Refresh düyməsi ilə yeniləməyi unutmayın.

    Tükənən məhsulu əvvəlcə satın almış bir müştərimiz kampaniya bitmədən imtina haqqını istifadə edib sifarişini ləğv edə bilər, və o məhsul yenidən satışa daxil ola bilər.

    Bu səbəblə, hər səhər e-poçt qutunuza göndərdiyimiz kampaniya maillerimizi qəbul etdiyinizdə vaxt itirmədən VipBrands fürsətlər dünyasına daxil olmağınızı təklif edirik.

Məhsulun ləğvi ilə əlaqədar suallar

  • Ləğv xəbərdarlığı

    Ləğv xəbərdarlığı

    Ləğv müddətini başlatmaq üçün xahiş edirik ləğv etmək istədiyiniz məhsulun;

    - Sifariş nömrəsini

    - Məhsul kodunu / Məhsul adı / Ölçü

    - Ləğv ədədini

    ifadə edərək satis@vipbrands.com e-poçt ünvanına mesajınızı yazın. Telefon nömrənizi də e-poçtunuza yazın.

    Kampaniya müddəti ərzində ləğv tələbləriniz kampaniya sonunda, kampaniya bitəndə ötürülən ləğv tələbləriniz isə məhsul çatdırılması başlamamış isə nəzərə alınır.

    Kampaniya malların çatdırılması başlamış isə pulun Sizə geri ödənişi üçün geri qaytarılma müddətlərinə baxmağınız lazımdır.

    Ləğv tələblərinizə bağlı Sizə veriləcək ləğv məbləğini, sıxlığına bağlı, ləğv əməliyyatlarınız VipBrands tərəfindən reallaşdırıldıqdan sonrakı 10 iş günü içərisində ünvanınıza təslim ediləcək.

Hədiyyə çekləri ilə əlaqədar suallar

  • Hədiyyə çekini necə qazana bilərəm?

    Hədiyyə çekini necə qazana bilərəm?

    Hədiyyə Çekləri, VipBrands-ın fürsətlərlə dolu alış–veriş dünyasındakı qazançlarınızdan yalnız biridir. Bunun üçün VipBrands'a dəvət etdiyiniz dostlarınızın, üzv olduqdan sonra ilk alış–verişi Sizə 5 AZN'lik hədiyyə çeki qazandırır.

    Buna əlavə olaraq VipBrands'ın üzvlərinə təqdim etdiyi sürpriz hədiyyə çekləri yığılıb hədiyyə çekinə çevirə biləcəyiniz VipPara -lar Sizi gözləyir.

    Alış–veriş edərkən birdən ekranınızda bir anlıq hədiyyə çeki qutusu meydana çıxacaq ya da VipPara fürsəti Sizi təəcübləndirməsin. Nə deyirik; VipBrands, stil, eşq, moda!

    Hədiyyə çekleriniz və VipPara'larınız ilə əlaqədar bütün detalları Hesabınızda olan Hədiyyə Çekləri ndə tapa bilərsiniz.
  • Hədiyyə çekimdən necə istifadə edə bilərəm?

    Hədiyyə çekimdən necə istifadə edə bilərəm?

    Hədiyyə çekinizdən istifadə etmək üçün; sifarişinizi bitirərkən qarşınıza çıxan İlkin baxış səhifəsinin sağ küncündə olan Hədiyyə Çekləriniz düyməsinə tıklayın. Bu düyməyə basdıqdan sonra Hədiyyə Çeklərinizin sadalandığı pəncərə açılacaq. Bu açılan pəncərədə olan hədiyyə çeklerinizdən istifadə etmək üçün istədiyiniz çekin yanında olan Bu Çekdən İstifadə et düyməsinə basmağınız yetərlidir. Bu əməliyyatdan sonra hədiyyə çeki endiriminin cəmi səbət məbləğinə əks olunacaq.
  • VipBrands-a üzv oldum və 5 AZN qazandım. Bunu necə xərcləyə bilərəm?

    VipBrands-a üzv oldum və 5 AZN qazandım. Bunu necə xərcləyə bilərəm?

    VipBrands'a ilk dəfə üzv olan hər kəs bizdən 5 AZN hədiyyə çeki qazanır. Qazandığınız 5 AZN dəyərində hədiyyə çekinizi 25 AZN və daha çox alış–verişinizdə istifadə edə bilərsiniz. 5 AZN dəyərində hədiyyə çekinizi üzv olduqdan sonra 45 gün ərzində istifadə etmək lazımdır. 45 gün ərzində istifadə edilməyən 5 AZN dəyərində hədiyyə çeklerinizin istifadə müddəti sona çatacaq.
  • VipBrands-dən sürpriz hədiyyə çeki qazandım necə istifadə edə bilərəm?

    VipBrands-dən sürpriz hədiyyə çeki qazandım necə istifadə edə bilərəm?

    VipBrands tərəfindən, alış–veriş əsnasında verilən sürpriz hədiyyə çeklərinizi Siz aktiv etdiyinizdən sonra bir saat içində istifadə etməlisiniz. Bir saat içində istifadə olunmayan hədiyyə çeki, aktivliyini itirəcək və ondan təkrar istifadə etmək mümkün olmayacaq.

    Hədiyyə çeklərinizi, bəyəndiyiniz bir məhsulu satın almaq uçun səbətə əlavə etdikdən sonra, istifadə edə bilərsiniz. Bunun üçün satın alma əməliyyatları əsnasında qarşınızda açılan səhifədəki HƏDİYYƏ ÇEKİNDƏN İSTİFADƏ ET hissəsinə basa bilərsiniz. Burda, həm VipParalarınızı həm də hədiyyə çeklərinizi dövrəyə sala bilərsiniz. Hədiyyə çeklərinizdən necə istifadə edə biləcəyiniz haqqında ətraflı məlumatı Hədiyyə çekimdən necə istifadə edə bilərəm? bölməsində tapa bilərsiniz.

    Bu miqdar alış–verişinizdən avtomatik olaraq azalacaq. Əgər istifadə miqdarı seçmədiniz isə, seçilməyən çekləriniz məbləğinizdən endirim kimi əks olunmayacaq.

    Hər alış–verişdə yalnız bir ədəd hədiyyə çeki istifadə edilə bilər. Hədiyyə çeklerinizin birləşdirə bilməyəcəyinizi xatırlatmaq istəyirik.


    QEYD: Bir məhsul pəncərəsində birdən meydana çıxan sürpriz hədiyyə çeki ilə yaradılan sifarişlərinizin ləğvi və ya qaytarılması tələb olunduğunda istifadə etdiyiniz hədiyyə çekiniz təkrar VipBrands hesabına bərpa olmur.
  • Hədiyyə çeklərimi hardan təqib edə bilərəm?

    Hədiyyə çeklərimi hardan təqib edə bilərəm?

    Davet etdiyiniz dostlarınız, birinci alış–verişlərini etdikdən sonra hədiyyə çekiniz dərhal hesabınıza yüklənəcək. Hesabım menyusundakı Hədiyyə Çekləri linkinden qazandığınız hədiyyə çeklərinizi izləyə bilərsiniz.
  • Qazandığım hədiyyə çeklerimi birləşdirə bilərəmmi?

    Qazandığım hədiyyə çeklerimi birləşdirə bilərəmmi?

    VipBrands-dən qazanılan hədiyyə çekləri birləşdirilmir. Hər alış–verişinizdə yalnız bir ədəd hədiyyə çeki istifadə edə bilərsiniz. Unutmayın, VipBrands Sizə dəvət etdiyiniz və dəvətinizi qəbul edən hər dostunuzun ilk alış–verişindən 5 AZN'lik hədiyyə çeki qazandırır.
  • VipBrands tərəfindən, alış–veriş əsnasında verilən sürpriz hədiyyə çeklerini Siz aktiv etdiyinizdən sonra bir saat içində istifadə etməlisiniz. Bir saat içində istifadə olmayan hədiyyə çekləri, aktivliyini itirəcək və onu təkrar istifadə etmək mümkün olmayacaq.

    VipBrands tərəfindən, alış–veriş əsnasında verilən sürpriz hədiyyə çeklerini Siz aktiv etdiyinizdən sonra bir saat içində istifadə etməlisiniz. Bir saat içində istifadə olmayan hədiyyə çekləri, aktivliyini itirəcək və onu təkrar istifadə etmək mümkün olmayacaq.

    VipBrands-də qazandığınız hədiyyə çeklərinizi başqa birinə sata bilməzsiniz və ya mübadilə edə bilməzsiniz. Qazandığınız hədiyyə çekinizi, göstərilən tarixlər arasında yalnız özünüz istifadə edə bilərsiniz. Və hədiyyə çekləri VipBrands sistemləri xaricində internetdə paylaşıla bilməz. Texniki nöqsanlardan faydalanaraq internetdən paylaşılan və ya satın alınan hədiyyə çekləri istifadə edilməz.

Sifarişlərin geri qaytarılması ilə əlaqədar suallar

  • Məhsulların geri qaytarılması

    Məhsulların geri qaytarılması

    Xahiş edirik sifarişlərin geri qaytarılma müddətiylə əlaqədar aşağıdakı xəbərdarlıqlara diqqət edin:

    - Məhsul, var isə hədiyyəsi və məhsulun bütün standart aksessuarları, qabı ziyansız və tam olaraq orijinal paketləri ilə birlikdə bizə geri təslim edilməlidir.


    Saat, Aksessuar, Ətriyyat və Alt Paltarların geri qaytarılması qəbul olunmur


    İmtina etmək haqqını bu hallarda istifadə edə bilməzsiniz:

    a) Qiyməti birja və ya teşkilatlanmamış digər bazarlarda təyin olunan mallara bağlı müqavilələr.

    b) İstehlakçının istəkləri və ya açıq şəkildə onun fərdi ehtiyacları istiqamətində hazırlanan, xüsusiyyəti etibarı ilə geri göndərilməyə əlverişli olmayan və tez pozulma təhlükəsi olan və ya son istifadə etmə tarixi keçmək ehtimalı olan malların çatdırılmasına aid müqavilələr.

    c) İstehlakçı tərəfindən bağlama açılmış isə, səs və ya görünüş qeydlərinə, kompüter proqramlarına və vəsaitlərinə dair müqavilələr.

    d) Qəzet, jurnal və s. davamlı nəşrlərin təhviliylə bağlı müqavilələr.

    e) Bəhs və lotereyaya bağlı xidmətləri yerinə gətirməyə dair müqavilələr.

    f) Elektron mühitdə dərhal icra edilən xidmətlər və istehlakçıya dərhal təslim edilən maddi olmayan mallara bağlı müqavilələr.

    İade ürün bedelleriniz, ürünler depoya ulaştığı andan itibaren, ürünün iade şartlarına uygunluğu kontrol edildikten sonra 10 iş günü içerisinde iade edilir. Yoğunluğa bağlı olarak, iade sürecini izleyen 10 iş günü içinde yapılmaktadır.
  • Geri qaytarılan məhsulun pulunu Sizə geri ödənilməsi.

    Geri qaytarılan məhsulun pulunu Sizə geri ödənilməsi.

    Bütün geri qaytarılan mallar, depoya çatdığı zamandan etibarən, proseslər bitdikdən sonrakı 10 iş günü ərzində alış–veriş etdiyiniz ünvanınıza gəlir. Ünvanınızda olmadığınız halda, VipBrands qrupu ikinci dəfə ünvanınıza gəlib qeyd yazır. Üçüncü ödəmə günü ünvanda olmayan müştərilərə geri ödənişlər edilməz.
  • Satın aldığım məhsulu qaytarmaq istədiyimdə nə etmək lazımdır?

    Satın aldığım məhsulu qaytarmaq istədiyimdə nə etmək lazımdır?

    VipBrands-dən alacağınız hər hansı bir məhsulu, 7 iş günü içərisində geri verə bilərsiniz. 10 iş günü içində geri qaytarılma prosesi həyata keçəcək. Geri göndərmə xərcinin VipBrands tərəfindən təmini üçün Kömək səhifəsində olan Geri qaytarılma məlumatı əməliyyatlarını reallaşdırmanız lazımdır.

    - Məhsul, mövcud isə, hədiyyəsi və məhsulun bütün standart aksessuarları, qabı ziyansız və tam olaraq orijinal paketləri ilə birlikdə bizə geri təslim edilməlidir.
  • Hansı məhsullar geri qaytarılmaz?

    Hansı məhsullar geri qaytarılmaz?

    Saat, Aksessuar, Ətriyyat və Qadın/ Kişi Alt Paltarların geri qaytarılması qəbul olunmur. Bunun xaricində bütün məhsulları geri qaytarma şərtləri daxilində 7 gün ərzində qaytara bilərsiniz.
  • Niyə yalnız ilk 7 gün içində geri qaytarılma qəbul edilir?

    Niyə yalnız ilk 7 gün içində geri qaytarılma qəbul edilir?

    İstehlakçı Qoruma Qanunu əsasında internet satışlarını təşkil edən Məsafəli Müqavilədə olan 'Səbəbsiz İmtina Haqqı' yalnız məhsulu aldığınız gündən sonra ilk yeddi günü daxil edir.

    Məhsulu geri verəcəyinizi və geri vermək səbəbinizi bizə e-poçt yolu ilə bildirəcəyiniz halda şikayətinizi tədarükçü firmalara söyləyib məhsulun geri alınacağı və ya alınmayacağı haqqında müəyyən müddət başlayır. Əgər məhsulda istifadədən doğan bir qüsur yoxsa, məhsul səhvindən qaynaqlanan bir vəziyyət varsa ya da məhsul bəyənilməmişsə, satış məbləğini və geri almaq üçün xərclədiyiniz yük məbləğini Sizə ödəyirik. Sifarişləriniz birdən çox məhsulsa, və geri verilmək istənən məhsul sifarişiniz içərisindəki məhsullardan biri isə məbləğ qüsurlu məhsulun məbləği qədər ödənilir.
Sürətli Linklər

Müştəri Hidmətləri : 012 4803323
09:00 - 18:30 Həftə içi
10:00 - 15:30 Həftə sonu